Mira Qoluboviç: Qələbə seriyamızı davam etdirəcəyik
20.11.2012 - 00:06
“Ümid edirəm ki, azarkeşlərimizin dəstəyi altında qələbə seriyamızı davam etdirəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin kapitanı Mira Qoluboviç deyib.
Təcrübəli voleybolçu Çempionlar Liqasında Polşa “Atom”u ilə qarşılaşmaya münasibət bildirib.
Qoluboviçin sözlərinə görə, ilk 3 turdakı qələbənin davamını gətirməyi hədəfə alıblar: “Bunun üçün fanatlarımızın dəstəyinə də ehtiyacımız var. Onların sayəsində həm Çempionlar Liqasında, həm də Super Liqada qələbələri sıralayırıq. Bu dəfə də istəyimiz dəyişməzdir və “Atom”a Bakıda da qalib gəlmək əzimindəyik”.
Qeyd edək ki, “Rabitə” – “Atom” qarşılaşması noyabrın 22-də Bakıda olacaq. Komandamız son turda rəqibinə 3:0 hesabı ilə qalib gəlmişdi.

0
0