“Azərbaycanda bizi çox çətin oyun gözləyir” - FOTO
20.11.2012 - 10:42
“Azərbaycanda bizi çox çətin oyun gözləyir. Orada dostluq atmosferi olacaq. Ancaq evdəki məğlubiyyətdən sonra səfərdə qələbə ilə bunu sığortalamalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Bank Fakro” voleybol klubunun baş məşqçisi Boqdan Servinski deyib.
Təcrübəli mütəxəssis Çempionlar Liqasının IV turunda Bakıda oynayacaqları “Lokomotiv”lə oyundan öncə fikirlərini açıqlayıb. Servinski bildirib ki, sabah keçiriləcək qarşılaşmada yetirmələrinə ümid bəsləyir: “Şəxsən mən bu oyuna nikbin, inamla baxıram. Çalışacağıq ki, bu nikbinlik voleybolçularımızda da özünü göstərsin. Çünki Bakıdakı nəticə çox vacibdir. Səfər oyunlarında da xal qazanmalıyıq”.
Qeyd edək ki, “Lokomotiv” III turda “Bank Fakro”ya səfərdə 3:1 hesabı ilə qalib gəlmişdi.

0
0