“İqtisadçı” fiaskoya uğradı
21.11.2012 - 17:57
“İqtisadçı” voleybol klubu bu gün CEV kubokunun 1/8 final mərhələsində cavab oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz səfərdə millimizin liderlərindən olan Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” ilə qarşılaşıb.
Bakıdakı görüşdə rəqibinə gücünü göstərən universitet komandası Omskdakı qarşılaşmanı 4 setdə uduzub. 1 saat 31 dəqiqəlik mübarizə 3:1 hesabı ilə rusiyalıların xeyrinə bitdiyindən, 1/4 finala vəsiqənin taleyi “Qızıl set”də həll olunub.
Həlledici setdə də sevinən rusiyalılar olub. İndiyədək Azərbaycan klubları ilə bacarmayan rəqib bu sindromu qıra bilib – 15:8. Bununla, Bülənt Karslıoğlunun yetirmələri bu mərhələni adlayan “Bakı-Azəryol”un uğurunu təkrarlamağı bacarmayıblar.
21 noyabr
“OMİÇKA” (RUSİYA) - “İQTİSADÇI” (AZƏRBAYCAN) - 3:1 (25:16, 25:18, 20:25, 25:13)
Qızıl set 15:8
Hakimlər: Mixaylo Medved (Ukrayna), Eduard Botezatu (Rumıniya)
Omsk, Viktor Bilanov adına İdman-Konsert Kompleksi
İlk oyun
“İQTİSADÇI” (AZƏRBAYCAN) – “OMİÇKA” (RUSİYA) - 3:1 (22:25, 25:11, 25:20, 25:17)

0
0