“Lokomotiv”dən çətin qələbə - YENİLƏNİB
21.11.2012 - 20:15
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının (ÇL) II dövrəsinin ilk turunun oyunları davam etdirilir. Apasport.az saytının məlumatına görə, azarkeşlərimiz Azərbaycan – Polşa klublarının duelində mübarizənin davamına şahid olublar.
Fərq ondadır ki, bu dəfə eyni vaxtda başlayacaq oyun Bakıda baş tutub. “Azərreyl”in Polşada “Tauron”a məğlubiyyətindən sonra bütün diqqət “Lokomotiv”ə yönəlib ki, “dəmiryolçular” da “Bank Fakro”nu qəbul edib.
Səfərdə rəqibini asanlıqla məğlub edən təmsilçimiz bu dəfə çətinliklə üzləşib. Belə ki, 28 dəqiqəlik ilk setdə 25:22 hesabı ilə qalib gələn “Lokomotiv” 2-ci hissəni eyni vaxtda, eyni hesabla məğlub olub. 3-cü setdə də uzun müddət qonaqlar öndə olsa da, bakılılar dönüş yarada bilərək 27 dəqiqədə qalib gəliblər – 25:19. Növbəti set də 27 dəqiqə davam edib. Lakin bu dəfə polşalılar qalib gəlib – 25:20. Belə də matçın taleyi tay-brekdə həll olunub. Həlledici setdə üstün olan “dəmiryolçular” qalib gəlib
F qrupu
21 noyabr
“Lokomotiv” (Azərbaycan) - “Bank Fakro” (Polşa) - 3:2 (25:22, 22:25, 25:19, 20:25, 15:6)
Hakimlər: Lusian-Vasile Nastase (Rumıniya), Dusan Hodon (Slovakiya)
Bakı, Voleybol Mərkəzi

Lokomotiv | 4 | 4 | 0 | 12-5 | 381-319 | 10 |
Dinamo | 4 | 3 | 1 | 9-7 | 357-326 | 8 |
Bank Fakro | 4 | 1 | 3 | 8-9 | 351-345 | 5 |
Srvena Zvezda | 4 | 0 | 4 | 4-12 | 286-385 | 1 |
0
0