Maqdalena Sliva: “Azərreyl” özündən çox razı idi
21.11.2012 - 12:30
Maqdalena Sliva: “Azərreyl” özündən çox razı idi
“Bu qələbəyə görə çox sevinirik”. Apasport.az saytının xəbərinə görə, bunu “Tauron”un kapitanı Maqdalena Sliva deyib.

Polşa yığması ilə iki dəfə Avropa çempionu olmuş 43 yaşlı voleybolçu “Azərreyl”ə qalib gəlmələrindən danışıb.

O, bunu voleyboyçularımızın qələbə qazanacaqlarından əmin olması ilə əlaqələndirib: “Azərreyl” həqiqətən birinci və ikinci setdə yaxşı oynadı. Onlar artıq qələbə qazanacaqlarını düşündü. Məncə, rəqib voleybolçular özlərindən çox əmin olduqlarından uduzdu”.

Qeyd edək ki, “Azərreyl” “Tauron”la görüşdə hesabda 2:0 öndə olsa da, sonrakı setlərdə məğlub olub. Nəticədə “dəmiryolçular” Çempionlar Liqasında ikincdi yenilgisini Polşada alıb.