“Azərreyl” uduzdu, voleybolçusu lider oldu
21.11.2012 - 13:08
Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda Polşada "Tauron"a 2:3 hesabıyla uduzan "Azərreyl"in ən məhsuldar oyunçusu məlum olub. Apasport.az saytının xəbərinə görə, bundan öncəki oyunlarda olduğu kimi, yenə Meqan Hoc “qırmızı-qaralar”ın lideri olub.
Komandasına 26 xal qazandıran ABŞ yığmasının üzvü, ümumiyyətlə görüşün bombardiri kimi fərqlənib. Alessandro Çiappininin digər yetirmələrindən Debbi Stam-Pilon 13, Manon Flir 12, Sara Anzanello və Karolin Vensink 10, Milena Mariya Radeçka 2, Tina Lipiser Sameç isə 1 xala sevinib.
Meydan sahiblərinin ən məhsuldar oyunçusu Yoanna Kaçor olub - 20 xal.
Bundan başqa, ən yaxşı spiker də Hoc seçilib. “Azərreyl”in italiyalı liberosu Luna Veronika Karoççi isə 47 faiz göstərici ilə ən yaxşı top qəbuledici olub. Servis və bloklarda isə “Tauron”un voleybolçuları ən yaxşı seçilib.

0
0