Valdemar Kavka: “Azərreyl” zənn edirdi ki...
21.11.2012 - 15:56
“Bizim üçün önəmli məsələ belə bir güclü komandaya qalib gəlməyimizdir. İlk iki setdə uduzmağımız faktdır. Rəqib müdafiədə və bloklarda yaxşı oynadı. Görüşün qalan hissəsində bizim üçün oynamaq çətin idi. Bununla belə, üçüncü seti olduqca çətinliklə qazandıq. Bu, dördüncü və beşinci setdə də yaşandı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tauron”un baş məşqçisi Valdemar Kavka deyib.
46 yaşlı polşalı çalışdırıcının sözlərinə görə, “Azərreyl” ilə matçda onların oyunu xeyirlərinə çevirməsi inanılmazdır. Kavka həmçinin qələbədə “Azərreyl”in voleybolçularının üçüncü setdə oyundan erkən qopmalarının qələbədə əsas rol oynadığını vurğulayıb: “Bundan başqa deməliyəm ki, Bakı komandası üçüncü setdə zənn edirdi ki, oyun asan keçəcək. Ancaq biz oyunu xeyrimizə dəyişə bildik. Bunun üçün bütün komandaya təşəkkürümü bildirirəm. Biz qələbəyə görə çox sevinirik və Çempionlar Liqasındakı çıxışımızı davam etdiririk”.

0
0