Millimiz Portuqaliyanı məğlub etdi
21.11.2012 - 18:23
Millimiz Portuqaliyanı məğlub etdi
Azərbaycan millisi qadın həndbolçular arasında DÇ-2013-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Portuqaliya ilə qarşılaşıb.

“ABU-Arena”da baş tutan qarşılaşmada həndbolçularımız qalib gəlib. Çernoqoriyalı hakimlər Yelena Vuyaciçlə Angelina Kazaneqranın idarə etdiyi matç millimizin 27:23 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Rəfiqə Şabanovanın yetirmələri ilk oyunda Türkiyə həndbolçularına 19:35 hesabı ilə uduzublar. Portuqaliyalılar isə “ay-ulduzlular”a 38:36 hesabı ilə qalib gəliblər.

Yığmamızın qələbəsindən sonra hər 3 komandanın xalı bərabərləşib.