“Omiçka” Bakıya qayıdır
21.11.2012 - 21:00
Qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsində Azərbaycan təmsilçisi “İqtisadçı”nı mübarizədən kənarlaşdıran Rusiyanın “Omiçka” klubu yenidən ölkəmizə gəlir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu komanda 1/4 finalda digər təmsilçimiz “Bakı-Azəryol”a rəqib olub.
Komandalar arasında ilk oyun dekabrın 4-6-da Omskda baş tutacaq. Natalya və komanda yoldaşlarının Bakıya növbəti səfəri isə dekabrın 11-13-də gerçəkləşəcək.
Qeyd edək ki, Omsk təmsilçisi “İqtisadçı”nı “Qızıl set”də məğlub edib - 3:1 (25:16, 25:18, 20:25, 25:13)

0
0