“Rabitə” pley-offda!!! - YENİLƏNİB
22.11.2012 - 19:55
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında (ÇL) II dövrəsinin ilk turunun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Polşa klublarının duelində sonuncu iştirakçımız “Rabitə” olub.
ÇL-də 100 faizli nəticə göstərən Bakı təmsilçisi IV turda səfərdə asanlıqla yendiyi “Atom”u qəbul edib. Çempionumuz yenə qalib gəlməkdə çətinlik çəkməyib və bununla da növbəti qələbəsini rəsmiləşdiri. Bu qələbə isə “Rabitə” üçün xüsusi önəm daşıyıb. Çünki ardıcıl 4-cü qarşılaşmasını 3 xalla başa vuran təmsilçimiz qrup mərhələsinin sonuna 2 tur qalsa da, özü üçün vaxtından əvvəl pley-offa vəsiqəni təmin edib.
Oyuna gəlincə, ilk setdə komandamız rəqibinə heç bir şans verməyib. Voleybolçularımız Sopot təmsilçisini bütün mövqelərdə üstələyərək, sonda 14 xal fərqi ilə üstün olub.
Növbəti hissə də “Rabitə”nin hücumları ilə başlayıb. Ardıcıl 4 dəqiq zərbədən sonra “Atom” şokdan ayılsa da, komandamız ilk texniki fasiləyə yenə eyni fərqlə yollanıb. Lakin bu, onların oyununda dönüş nöqtəsi olub. Rəqib öncə hesabı bərabərləşdirib (14:14) və ardınca önə keçib. Üstünlüyünü sona kimi davam etdirən qonaqlar yekunda görüşdəki tarazlığı bərpa ediblər.
Üçüncü set daha gərgin alınıb. Düzdür, “Rabitə” ilk texniki fasiləyə 6 top irəlidə çıxıb. Lakin onlar üstünlüklərini qoruya bilməyiblər – 12:12. Bundan sonra xalaxal prinsipi ilə davam edən hissədə voleybolçularımız əsl əzmkarlıq göstəriblər. Sonda 2 top geri qalan (22:24) Marçello Abbondanzanın yetirmələri çətinliklə də olsa önə keçiblər – 2:1.
Ardınca oyun daha da maraqlı alınıb. Gah komandamız, gah da rəqibin önə keçdiyi hissənin sonunda “Rabitə” üstünlüyü ələ alaraq, matçın hesabını müəyyənləşdirib – 3:1.
Bununla da son illərin dəyişməz Azərbaycan çempionu qələbə seriyasını davam etdirib. Onlar növbəti turda İtaliyanın “Villa Kortese” klubu ilə qarşılaşacaqlar.
Çempionlar Liqası
IV tur
B qrupu
22 noyabr
“Rabitə” (Azərbaycan) - “Atom” (Polşa) - 3:1 (25:11, 23:25, 27:25, 25:21)
Hakimlər: Frank Qarzoff (Almaniya), Yuri Bakunoviç (Belarus)
Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi

Rabitə | 4 | 4 | 0 | 12-2 | 349-288 | 12 |
Villa Kortese | 4 | 3 | 1 | 10-5 | 352-326 | 9 |
Atom | 4 | 1 | 3 | 5-9 | 312-331 | 3 |
Agel | 4 | 0 | 4 | 1-12 | 255-323 | 0 |
0
0