Natalya Məmmədova: Bakı klubunu adlamaq gücündəyik
22.11.2012 - 10:11
Natalya Məmmədova: Bakı klubunu adlamaq gücündəyik
“Biz bu gün sadəcə, öz oyununu oynadıq, hər top uğrunda mübarizə apardıq. Belə göstəriş verilmişdi ki, daha az səhv buraxaq. Bizə onu yerinə yetirib, yaxşı nəticə əldə etmək alınmadı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın “Omiçka” klubunun voleybolçusu Natalya Məmmədova deyib. Milli komandamızın liderlərindən olan təcrübəli hücumçu CEV kubokunun 1/8 final mərhələsində “İqtisadçı”ya “Qızıl setdə” qalib gəldikləri oyun haqda fikirlərini açıqlayıb.

Məmmədov komandasının oyunundan çox razı qalıb: “Hesab edirəm ki, bütün komanda əla oynadı. Bizdə məhz komanda oyunu alındı. Hər kəs bir-birinə kömək edirdi”.

“Omiçka”nın növbəti rəqibi də Azərbaycan təmsilçisi olacaq. Məmmədovanı bu dəfə “Bakı-Azəryol”la sınaq gözləyir: “Növbəti rəqibimiz yenə Bakı klubu olacaq. Mən onun oyunçularını çox yaxşı tanıyıram. Bunlar Azərbaycan yığmasının gənc voleybolçularıdır, bəzi legionerləri var. Onlar qalib gəlmək üçün səylə çalışacaq. Ancaq bizə turnirdə daha bir mərhələ adlamaq gücündəyik”.