“Hələ oyun başlamazdan əvvəl qələbəmizə inanırdıq”
22.11.2012 - 10:57
“İqtisadçı” ilə oyunda gözlənilmədən qələbə qazandığımızı düşünmürəm. Bu qələbə bizim üçün vacib idi və biz də qarşılaşmaya kökləmişdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Omiçka” voleybol klubunun üzvü Yuliya Podskalnaya deyib.
Rusiyalı hücumçu qadınlar arasında CEV kubokunun 1/8 final mərhələsinin Azərbaycan təmsilçisi “İqtisadçı” ilə cavab oyunu haqda fikirlərini açıqlayıb: “Komanda baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirdi. Bu gün hər şey alınırdı – hücum da, blok da. Bakıdakı ilk oyundan sonra evə qayıdıb matçı təhlil etmişdik. Oradakı səhvlərimizdən nəticə çıxardıq və oyunumuzda düzəlişlər etdik. Hələ oyun başlamazdan əvvəl qələbəmizə inanırdıq. Çünki bizim ustalıq səviyyəmiz daha yüksəkdir”.
Qeyd edək ki, “Omiçka” növbəti mərhələyə “Qızıl set”də qələbə sayəsində yüksəlib.

0
0