Cüzeppe Kuççarini: Moskvada qələbə seriyamızı uzatmaq istəyirəm
22.11.2012 - 11:02
Cüzeppe Kuççarini: Moskvada qələbə seriyamızı uzatmaq istəyirəm
“Çətin oyun idi. Xal qazanmaq asan deyildi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Lokomotiv”in baş məşqçisi Cüzeppe Kuççarini deyib.

İtaliyalı çalışdırıcı uğurlu seriyanı Moskvada da davam etdirmək istədiklərini söyləyib: “Mən oyunçularımı belə vacib qələbəyə görə təbrik edirəm. Ümid edirəm ki, bizim qələbə seriyamız uzanacaq. Növbəti turda Rusiyaya yollanıb “Dinamo” ilə qarşılaşacağıq”.

Qeyd edək ki, “Lokomotiv” dünən Çempionlar Liqasında Polşanın Muşina şəhərciyini təmsil edən “Bank Fakro”nu məğlub edib – 3:2. “Dəmiryolçular” bununla da ardıcıl 4-cü qələbəsini rəsmiləşdirib.