“Qələbə seriyamızın vaxtı çatıb”
22.11.2012 - 11:25
“Qələbə seriyamızın vaxtı çatıb”
“Voleybolçularımızı layiqli qələbə münasibətilə təbrik edirəm. Çünki vacib avrokubok görüşündə “İqtisadçı” kimi güclü rəqibə qalib gəldik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Omiçka” voleybol klubunun baş məşqçisi Zoran Terziç deyib.

O, CEV kubokunun 1/8 final mərhələsi çərçivəsində “İqtisadçı” ilə oyunu haqda fikirlərini açıqlayıb: “Görüşün nəticəsindən məmnunluq hissi keçirirəm. Düşünürəm ki, qələbə seriyamızın vaxtı çatıb. Bunun Rusiya kubokunun Krasnoyarskdakı yarımfinalı öncəsi olması sevindiricidir. “İqtisadçı” ilə oyunun bəzi anlarında top qəbulunda zəif təsir bağışlayırdıq. Deməli, üzərində işləməli olduğumuz nəsə var. Bakıdakı oyunla müqayisədə əsas irəliləyişimiz onda oldu ki, voleybolçularımızı psixoloji yükdən azad edə bildik”.

Qeyd edək ki, “Omiçka” 1/4 finalda digər təmsilçimiz “Bakı-Azəryol”la qarşılaşacaq.