“Çox yata bilməmişik”
22.11.2012 - 12:07
“Bu, artıq Bakıda olduğumuz ikinci gündür. Hər şey əla gedir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Atom Trefl”in baş məşqçisi Yeji Matlak deyib.
Polşalı çalışdırıcı “Rabitə” ilə oyun haqda danışıb. Onun fikirlərindən də anlamaq olur ki, artıq rəqib Bakı klubu ilə oyunda qələbəyə ümid etmir: “Sopotla Bakı arasında üç saat fərq olduğundan, biz çox yata bilməmişik. İdman zalında və trenajorda üç məşq keçmək imkanımız olub. Bu, olduqca vacib matçdır. Ancaq biz, həmçinin bu oyunla düzgün komanda işini inkişaf etdirmək istəyirik. Çünki bu bizə evdə keçirəcəyimiz növbəti oyunlarda lazım olacaq”.
Qeyd edək ki, “Rabitə” ilə “Atom Trefl” arasındakı oyun bu gün saat 18:00-da baş tutacaq. Görüş “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək.

0
0