Qırılan seriya və ya ardıcıl 2-ci dəfə
22.11.2012 - 13:20
Qırılan seriya və ya ardıcıl 2-ci dəfə
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” Bakı klubları ilə duellərdə “uğursuzluq zolağı”ndan çıxıb. Apasport.az saytının məlumatına görə, avrokubokların son 3 mövsümdə təmsilçilərimizlə qarşılaşan omsklular sonuncu cəhdində bu tilsimi qırmağı bacarıblar.

Belə ki, “Çelenc Cup”ın 2010/2011 mövsümündə “Lokomotiv”ə, bir il sonra “Bakı”ya məhz “Qızıl set”də uduzan Rusiya komandası qisasını CEV kubokunda “İqtisadçı”dan alıb. Onlar da məhz lotereyada Bülənt Karslıoğlunun yetirmələrinin qarşısını kəsərək 1/4 finala yüksəliblər.

“İqtisadçı” isə ardıcıl ikinci dəfə CEV kubokunda 1/8 finalda mübarizəni dayandırmaq məcburiyyətində qalıb. Bu, o deməkdir ki, universitet komandası yenə ümidini Super Liqaya bağlayacaq.