Ruslarla ilk görüşün vaxtı dəqiqləşdi
22.11.2012 - 14:24
Ruslarla ilk görüşün vaxtı dəqiqləşdi
Qadın voleybolçular arasında CEV kubokunun 1/4 finalında “Bakı-Azəryol”un Rusiya “Omiçka”sı ilə ilk oyununun vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Natalya Məmmədovanın da heyətində yer aldığı omsklularla dekabrın 6-da qarşılaşacaq.

Viktor Blinov adına İdman-Konsert Kompleksində baş tutacaq görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycanda keçirilməli olan cavab matçının tarixi hələ dəqiqləşməyib. Bu, dekabrın 11-13-ü aralığında olmalıdır.