Azərbaycan – Türkiyə matçı üçün bolqarlar gəlir
22.11.2012 - 16:47
Azərbaycan – Türkiyə matçı üçün bolqarlar gəlir
Qadın həndbolçular arasında DÇ-2013-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Türkiyə matçının hakimləri məlum olub. Apasport.az saytının məlumatına görə, noyabrın 24-də “ABU-Arena”da baş tutacaq matçı bolqarıstanlı ədalət təmsilçiləri idarə edəcəklər. Milliləri oyuna Silviya Markovska və Yonko Vutov çıxaracaqlar.

Qeyd edək ki, qarşılaşma saat 17:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda isə “ay-ulduzlular” 35:19 hesabı ilə qalib gəlmişdilər.