“Azərbaycan yığması bizim üçün rəqib deyil”
22.11.2012 - 17:10
“Azərbaycan yığması bizim üçün rəqib deyil. Çünki bu komandanı evdə fərqli hesabla məğlub etdik. Növbəti matçımızda da onlara rahat qalib gələcəyik”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin həndbolçusu Serpil İskenderoğlu deyib.
16 yaşından yığmasının bütün yaş qruplarının daimi iştirakçısı olan idmançı noyabrın 24-də DÇ-2013-ün seçmə mərhələsi çərçivəsində Azərbaycanla keçirəcəkləri oyundan öncə fikirlərini açıqlayıb.
O bildirib ki, gələn il dekabrın 6-22-də Serbiyada olacaq mundialda iştirak vacibdir: “Azərbaycanın Portuqaliyaya qalib gələcəyini gözləmirdik. Sevindiricidir ki, onlarla oyundan əvvəl zədəli həndbolçularımız sıraya qayıtdılar. Bu idman növünə sevgini artırmaq üçün pley-offa yüksəlməyimiz vacibdir”.
Qeyd edək ki, İskenderoğlu Türkiyənin “Muratpaşa Bələdiyyəsi” klubunda Azərbaycan millisinin lideri Marina Tankaskaya ilə birgə oynayır. Onlar ilk matçda Rəfiqə Şabanovanın yetirmələrinə 16 top fərqi ilə (35:19) qalib gəlmişdilər.

0
0