“Buna görə görüş bizim üçün lazımı nəticə ilə başa çatmadı”
23.11.2012 - 09:36
“Buna görə görüş bizim üçün lazımı nəticə ilə başa çatmadı”
“Azərbaycan çempionu ilə qarşılaşma çox çətin və maraqlı alındı”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Atom” klubunun voleybolçusu İzabella Belçik Çempionlar Liqasında “Rabitə” ilə oyundan sonra deyib.

Komandasının kapitanı 1:3 hesabı ilə uduzduqları oyun barədə fikirlərini açıqlayıb: “İlk setdən sonra öz oyunumuzu tapdıq. Lakin yekunda yenə lazımı xalları qazana bilmədik. Buna görə də görüş bizim üçün lazımı nəticə ilə başa çatmadı”.