“Bu bizim ən yaxşı oyunumuz deyildi”
23.11.2012 - 09:44
“Bu bizim ən yaxşı oyunumuz deyildi”
“Rabitə”nin kapitanı Mira Qoluboviç Çempionlar Liqasının IV turunda Polşa “Atom”u ilə oyundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin kapitanı gərgin qarşılaşmadan qalib ayrıldıqları üçün sevincli olduğunu deyib.

Serbiyalı legionerimiz Çempionlar Liqasında zəif rəqibin olmadığını da bildirib: “Bu bizim ən yaxşı oyunumuz deyildi. Matç kifayət qədər gərdin alınsa da, qalib tərəf yenə biz olduq. Bir daha təkrar edirəm ki, Çempionlar Liqasında zəif komanda yoxdur”.

Qeyd edək ki, Azərbaycan çempionu polşalılara 3:1 hesabı ilə qalib gəlib.