“Biz daha yaxşı oynamalıyıq” - FOTO
23.11.2012 - 10:14
“Biz daha yaxşı oynamalıyıq” - FOTO
“Komandam oyuna çox yaxşı başlamışdı. Amma I setdən sonra matça diqqəti və konsentrasiyanı bir qədər itirdik”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Marçello Abbondanza Çempionlar Liqasında “Atom”la (Polşa) oyundan sonra deyib.

İtaliyalı mütəxəssis 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmaya münasibət bildirib: “Matç hər 2 komanda üçün çətin keçdi. Biz hələ daha yaxşı oynamalıyıq. Bunu isə oyundan-oyuna artıracağıq. Əsas odur ki, lazımı qələbəmizi qazanaraq, məğlubiyyətsiz oyunlar seriyamızı davam etdirik”.

Qeyd edək ki, “Rabitə” ardılcıl 4-cü qələbə sayəsində pley-offa vaxtından əvvəl yüksəlib.