2 rekord və ya “Rabitə” Çempionlar Liqasının ən yaxşısıdır
23.11.2012 - 13:01
Azərbaycan çempionu “Rabitə” Çempionlar Liqasında mövsümün 2 rekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi qrup mərhələsinin IV turdan sonra 100 faizlik nəticə göstərən yeganə komandası olmaqla yanaşı, ən yaxşı set fərqinə malik kollektivdir.
Belə ki, onlar keçirdikləri bütün qarşılaşmalarda 3 xal qazanmaqla aktivindəki xallarının sayını 12-yə çatdırıblar. ÇL-in 24 iştirakçısı arasında isə heç bir klub bu qədər xala malik deyil. Nəticədə qrup mərhələsinin başa çatmasına 2 tur qalsa da, Azərbaycan çempionu özü üçün pley-offa vəsiqəni rəsmiləşdirib. Bu komandamızın “Atom” (Polşa) üzərindəki qalibiyyətindən sonra reallaşıb. Təmsilçimiz 3:1 hesablı qələbə sayəsində məhz 3-cü yerdə olan Polşa təmsilçisi ilə xal fərqini 7-yə çatdırıb və rəqibi üçün əlçatmaz olub.
“Rabitə” 4 qələbə qazanmaq üçün zəruri olan 12 setin qarşılığında rəqiblərinə cəmi 2 hissədə uduzub. Bu set fərqi 12-2 olan komandamızın balansının +10-a bərabər olmasını göstərir. Belə nəticəyə də ÇL-in iştirakçılarından heç biri malik deyil. Müqayisə üçün bildirək ki, “Rabitə” kimi pley-offa vəsiqəni təmin edən “Vakıfbank”, “Qalatasaray”, “Əczaçıbaşı”, (hər üçü Türkiyə) və “Dinamo”da (Rusiya, Kazan) həmin göstərici müvafiq olaraq, +9 (ilk ikisində 12:3), +5 (11:6) və +8-dir (11-3) .

0
0