4 qat Polşa çempionu Bakı klubunu debütanta dəyişdi
24.11.2012 - 13:29
Qadın voleybolçulardan ibarət “Lokomotiv” klubunun üzvü Maqdalena Saad komandanı tərk edib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Super Liqasının vitse-çempionuna bu yay transfer olunan polşalı voleybolçu vətəninə qayıtmağa qərar verib.
Belə ki, Maqdalena bir neçə aydır heyətində olduğu klubun rəhbərliyi ilə danışaraq Polşaya qayıtmasına icazə verilməsini istəyib. İdmançı bunu Bakı klubunun əsas heyətinə düşə bilməməsi ilə əlaqələndirib. Bu üzdən vətəninə qayıdan Maqdalena Orlean Liqanın debütantı “Syodemka” klubuna keçib. 27 yaşlı libero artıq sabah yeni komandasında debüt şansı qazanacaq. Saad əvvəllər şərəfini qoruduğu “AZS Bialistok”la matçda meydana çıxa bilər.
Qeyd edək ki, Çempionlar Liqasında debüt edən “Lokomotiv”ə 4 ay əvvəl – bu ilin iyulunda qoşulan Saad “Azərreyl”in də transfer siyahısında olub. 168 sm boya malik voleybolçu 4 dəfə Polşa çempionu adını qazanıb. Belə ki, 3 dəfə “AZS Bialistok”la ölkə çempionatının qızıl medallarına yiyələnən Saad son mövsümdə Sopot “Atom”unda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Maqdelena “Atom” (2011-2012) və “AZS Bialistok”dan (2006-2011) əlavə, “Lodz” (1998-2004) və “Dalin Mislenice” (2004-2006) klublarının şərəfini qoruyub.

0
0