“Yenidən “Lokomotiv”ə qayıtmağımı istisna etmirəm” - MÜSAHİBƏ
24.11.2012 - 14:36
“Yenidən “Lokomotiv”ə qayıtmağımı istisna etmirəm” - MÜSAHİBƏ
Bakının “Lokomotiv” voleybol klubunu tərk edib Polşaya qayıdan Maqdalena Saad Polşa mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, polşalı libero 4 aylıq Azərbaycan karyerasından və geri dönüşü haqda danışıb.

- Azərbaycanın “Lokomotiv” klubundakı 4 aylıq macəralarınız bitdi. Vətənə hansı hisslərlə qayıdırsınız?
- Doğma Polşaya qayıdışıma çox sevinirəm. Vətənim üçün darımışdım.

- Bakı klubu ilə müqavilənizi necə pozdunuz?
- Mən özüm klub rəhbərliyinə müraciət etdim. Onlar da müqavilənin qarşılıqlı razılıq əsasında pozulmasına icazə verdilər. Müraciətimə səbəb isə əsas heyətə düşə bilməməyim idi.

- Onların razılığını asanlıqla aldınız?
- Xeyr, əvvəl məni komandada saxlamaq istəyirdilər. Lakin getmək istəyimi əsaslandırandan sonra fikirlərini dəyişib, mənimlə razılaşdılar. Mənə qarşı çox yaxşı rəftar etdilər. Belə münasibətə görə “Lokomotiv” rəhbərliyinə təşəkkür edirəm.

- Polşaya nə vaxt qayıtdınız?
- Çempionlar Liqasında artıq sabiq komandam “Lokomotiv” bu həftə “Bank Fakro”ya qarşı keçirirdi. Həmyerlilərimiz Polşaya qayıdanda mən də onlarla vətənə döndüm.

- Bakı şəhər kimi sizdə hansı təəssürat yaratdı?
- Bakı tipik meqapolisdir. Çoxlu binalar, əla mənzillər var. Qiymətlər bir az bahadır. Amma əmək haqqı Polşadakından xeyli yüksəkdir. Avropalıların çoxu ora gedib həmin şəhəri görməlidir.

- Şəhərin gəzməli, görməli yerləri çoxdur?
- Mənə elə gəlir ki. Bakıya gedən turist heç geri qayıtmaq istəməz. Çünki ora çox gözəl şəhərdir. İdman da çox inkişaf edib. Əslində mən gələcəkdə yenidən “Lokomotiv”ə qayıtmağımı da istisna etmirəm.

- Polşaya qayıdanda “AZS Bialistok”da sizi necə qarşıladılar?
- Çox isti qarşılandım. Sevinirəm ki, doğma ölkəyə dönmüşəm. İndi səbirsizliklə debütümü gözləyirəm.