Yığmamızın oyunçusundan məhsuldarlıq nümunəsi
25.11.2012 - 00:02
Voleybol üzrə Cənubi Koreya çempionatında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, yığmamızın üzvü Yana Ağayevanın formasını geydiyi "Hyundai" ikinci dövrənin ilk turunda KGS ilə qarşılaşıb. 3:0 (25:18, 25:23, 25:17) hesablı qələbədə təmsilçimizin də əməyi olub. O, qazandığı 16 xalla görüşün ən məhsuldar oyunçusu olub.
0
0