Yenə məğlubiyyət
25.11.2012 - 10:04
Yenə məğlubiyyət
Qadın həndbolçular arasında DÇ-2013-ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası öz meydanında Türkiyə yığmasını qəbul edib.

“ABU-Arena”da baş tutan matç qonaqların qələbəsi ilə başa çatıb. Bolqarıstanlı hakimlər Silviya Markovska və Yonko Vutovun idarə etdiyi qarşılaşmada türkiyəlilər 30:26 hesabı ilə qalib gəlib. Qonşu ölkə təmsilçisi ilk oyunda da millimizi məğlub etmişdi – 35:19.

Qeyd edək ki, millimiz qrupda son oyununu Bakıda 27:23 hesabı ilə məğlub etdiyi Portuqaliyaya qarşı səfərdə keçirəcək. Oyun noyabrın 28-də baş tutacaq.