Yığmamızın bombardiri kimdir?
25.11.2012 - 13:30
Yığmamızın bombardiri kimdir?
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandasının DÇ-2013—ün seçmə mərhələsinin Türkiyə ilə oyununun bombardiri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın evdə 26:30 hesabı ilə uduzduğu qarşılaşmada 9 həndbolçumuz rəqib qapısına yol tapıb.

Millimizin bombardiri isə təcrübəli Yekaterine Peçe olub. 30 yaşlı idmançı türkiyəlilərin qapısından 5 top keçirib. Marta Abbasova, İra ə Qasımova, Səkinat Abbasova və Marina Tankatskaya hərəyə 4 dəfə fərqləniblər. Matçın ən yaxşı bombardiri isə türkiyəli Yeliz Özəl olub. O, millimizi 8 dəfə məyus edib.