Azərbaycan çempionunun heyfini Polşada çıxdılar
26.11.2012 - 10:34
Qadın voleybolçular arasında Polşa Orlean Liqasında VII turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında “Rabitə”nin rəqibi “Atom” “Lodz”la qarşılaşıb.
Hesabat turunda Azərbaycan çempionuna 1:3 hesabı ilə uduzan Sopot təmsilçisi heyfini onlardan alıb. “Atom” “Lodz”u darmadağın edib – 3:0 (25:20, 27:25, 27:25).
Analoji yarışda “Lokomotiv”in rəqibi “Bank Fakro” isə “Bıdqojç”u sınağa çəkib. Ötən həftə Bakıdan məğlub ayrılan Muşina təmsilçisi də görüşdən qalibiyyətlə ayrılıb – 3:0 (25:23, 25:17, 25:12).
Bu oyunlardan sonra “Bank Fakro” və “Atom” 15 xalla 4-5-ci yerləri bölüşürlər.
Qeyd edək ki, “Azərreyl”in rəqibi “Tauron” VII turun görüşünü bu gün keçirəcək. Onlar PTPS Pila ilə üz-üzə gələcəklər.

0
0