Mövsümün ilk derbisi
26.11.2012 - 16:44
Mövsümün ilk derbisi
Sabah Super Liqada V turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Bakı-Azəryol”un istirahət edəcəyi gündə mövsümün ilk – “Azərreyl” – “Rabitə” derbisi baş tutacaq.

Artıq voleybolsevərlərin diqqət mərkəzində olan bu qarşılaşmada hər 2 komandanın qalib gəlmək şansı yüksəkdir. Çünki onlar bu il demək olar yeni kollektiv formalaşdırıblar. Bunun üçün derbinin daha maraqlı keçəcəyi sözsüzdür.

Prinsipiallığı ilə seçilən görüşdə “Rabitə” rəqibini statistikaya əsasən qabaqlayır. “Dəmiryolçular” son 2 ildə Azərbaycan çempionları ilə oyunda sanki autsayder təsiri bağışlayır. Bu səbəbdən onlar məğlubiyyət seriyasını dayandırmağa, “Rabitə” isə uğurlu oyununu davam etdirməyə çalışacaq.

Günün ilk – “İqtisadçı” – “Lokomotiv” qarşılaşması da asan oyun vəd etmir. Birincilər hesabat tutunda uduzduqları və CEV kuboku ilə vidalaşdıqları üçün özlərini qələbə ilə sığortalamaq arzusundadırlar. “Lokomotiv” isə qalib gəlməklə liderlərdən ayrı düşməməyə çalışacaq. Onlar bunu Çempionlar Liqasında son oyunları ilə nümayiş etdiriblər.

Tura autsayderlər – “Lokomotiv Biləcəri” – “Telekom” görüşü ilə yekun vurulacaq. Qarşılaşmada hər 2 komanda birinci qələbəsi üçün döyüşəcək.

27 noyabr
V tur


15:00. “İQTİSADÇI” – “LOKOMOTİV”
17:00. “AZƏRREYL” – “RABİTƏ”
19:00. “LOKOMOTİV BİLƏCƏRİ” – “TELEKOM”

Rabitə

3

3

0

9-3

298-264

9

İqtisadçı

4

3

1

10-4

341-292

9

Azərreyl

3

2

1

7-3

249-183

6

Lokomotiv

3

2

1

7-4

262-214

6

Bakı-Azəryol

4

2

2

8-7

338-333

6

Lokomotiv Biləcəri

3

0

3

2-9

152-248

0

Telekom

4

0

4

0-12

194-300

0