Natalya Məmmədovanın komandasından növbəti qələbə
26.11.2012 - 18:41
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” Rusiya kuboku yarımfinalının qrup mərhələsində ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Q qrupunda yarışan Omsk təmsilçisi ilk olaraq “Yenisey”lə münasibətinə aydınlıq gətirib.
Görüş 3:2 (22:25, 20:25, 25:20, 25:16, 18:16) hesabı ilə Məmmədovanın komandasının xeyrinə başa çatıb. CEV kubokunun 1/4 finalında “Bakı-Azəryol”un rəqibi olan “Omiçka” qarşıdakı 2 gündə “Dinamo” (Krasnodar) və “Ufimoçka” ilə də oynayacaq.
Qeyd edək ki, bu mərhələdə 16 klub 4 qrupda mübarizə aparır. Növbəti mərhələyə isə 4 ən güclü komanda yüksələcək.

0
0