Voleybolçuları belə görməmişdiniz...
27.11.2012 - 10:50
Azərbaycan çempionu “Rabitə” daha bir ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin voleybolçuları yeni il ərəfəsində 2013-cü ilin təqvimi üçün nəzərdə tutulan fotosessiyada iştirak ediblər.
Komandanın üzvləri bu dəfə kameralar qarşısına Azərbaycanın milli geyimlərində çıxıblar. İtaliyalı Marçello Abbondanza və dünyanın müxtəlif ölkələrindən olan yetirmələri milli geyimlərimizin onlara nə qədər yaraşdığını nümayiş etdiriblər.

0
0