Yığmamızın oyunçusu məğlubiyyətə üzüldü
27.11.2012 - 17:11
Yığmamızın oyunçusu məğlubiyyətə üzüldü
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” Rusiya kuboku yarımfinalının qrup mərhələsində ikinci oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Q qrupunda yarışan Omsk təmsilçisi Krasnodar “Dinamo”su ilə üz-üzə gəlib.

İlk qarşılaşmada “Yenisey”ə tay-berkdə qalib gələn “Omiçka” bu dəfə məğlubiyyətə uduzub - 1:3 (15:25, 26:24, 17:25, 24:26). Məmmədovanın komandası sabah “Ufimoçka” ilə oynayacaq.

Bu mərhələdə 16 klub 4 qrupda mübarizə apardığından və növbəti mərhələyə 4 ən güclü komanda yüksələcəyindən “Omiçka” sabah qalib gəlib, “Dinamo”nun uduzmasını gözləməlidir.

Qeyd edək ki, “Omiçka” CEV kubokunun 1/4 finalında “Bakı-Azəryol”un rəqibidir.