229 gündən sonra
28.11.2012 - 10:31
229 gündən sonra
“Rabitə”nin Azərbaycan Super Liqasındakı qələbə seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionu noyabrın 27-də “Azərreyl”ə uduzmaqla məğlubiyyətsizlik seriyası ilə vidalaşıb. 1:3 hesabı ilə uduzan “Rabitə” ölkə çempionatında sonuncu məğlubiyyətini 229 gün əvvəl almışdı. Bu il aprelin 12-də eyni hesabla “İqtisadçı”ya uduzan çempion həmin vaxtdan heç bir Azərbaycan klubuna uduzmamışdı.