“Omiçka”nın Azərbaycan təmsilçisi ilə səfər oyununun vaxtı dəqiqləşib
28.11.2012 - 12:40
“Omiçka”nın Azərbaycan təmsilçisi ilə səfər oyununun vaxtı dəqiqləşib
“Bakı-Azəryol”un CEV kubokunun 1/4 final mərhələsində Rusiyanın “Omiçka” klubu ilə cavab oyununun vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandamız Omsk təmsilçisi ilə dekabrın 12-də saat 18:00-da Bakı Voleybol Mərkəzində üzləşəcək. İlk oyun dekabrın 6-da yerli vaxtla 19:00-da (Bakı vaxtilə saat 16:00-da) Omskdakı İdman Konsert Kompleksində keçiriləcək.

Qeyd edək ki, millimizin liderlərindən olan Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” 1/8 finalda digər təmsilçimiz “İqtsadçı”nı yenib.