Yığmamız Qətərə qalib gəldi
28.11.2012 - 19:09
Qətərin paytaxtı Dohada Dünya Otüstü Hokkey Liqası start götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycanın kişilərdən ibarət milli komandası da bu mötəbər yarışın birinci mərhələsində mübarizəyə qoşulub.
Reytinq cədvəlində 38-ci yeri tutan kişi hokkeyçilərimiz start oyununda meydan sahibləri ilə qarşılaşıb və qələbəni çətinliklə qazanıb. Belə ki, görüşün 21-ci dəqiqəsində meydan sahibləri hesabı açdıqdan sonra təmsilçimizin düşərgəsində çətin anlar yaşanıb. Məğlub durumda olan yığmamız 29-cu dəqiqədə Saleh Balamiyevin vurduğu qol sayəsində hesabı bərabərləşdirməyə müvəffəq olublar - 1:1. Komandalar elə bu hesabla da fasiləyə yollanıblar.
İkinci hissənin 5-ci və 8-ci dəqiqələrində Əli Qəzənfər 2 qol vuraraq millimiz hesabda 2 top fərqlə irəli çıxarıb - 3:1. Matçın 49-cu dəqiqəsində komandamızın kapitanı Saleh Balamiyev üstünlüyü 3 topa çatdırıb - 4:1. Lakin bundan sonra hokkeyçilərimiz artıq asan qələbə qazanacaqlarına arxayınlaşıb təşəbbüsü əldən veriblər. Qətər təmsilçiləri həmyerlilərimizi ciddi cəzalandırmağı bacararaq dalbadal vurduqları 3 qolla 57-ci dəqiqədə matçın hesabında tarazlıq yaradıblar. Məhz bundan sonra yığmamız “qış yuxusundan” ayılıb. 65-ci dəqiqədə Əli Qəzənfər özünün 3-cü, komandamızın isə 5-ci qolunu qapıdan keçirərək, millimizin 5:4 hesablı çətin qələbəsini təmin edib.
Digər matçda Türkiyə Şri Lanka yığmasına 2:6 hesabı ilə uduzub.
Komandamız II tur çərçivəsindəki “ay-ulduzlular”la qarşılaşcaq. Digər görüşdə Qətər və Oman hokkeyçiləri üz-üzə gələcək. Ardından istirahət edəcək millimiz dekabrın 1-də Oman təmsilçilərini sınağa çəkəcək. Dekabrın 2-də - yarışın son günü isə həmyerlilərimiz Şri Lanka yığması ilə görüşəcək. Həmin oyundan sonra çempion Dünya Hokkey Liqası yarışının II mərhələsində mübarizə aparmaq hüququ qazanacağına aydınlıq gətiriləcək.
Qeyd edək ki, komandamızın qarşısına mərhələ adlamaq vəzifəsi qoyulub.

0
0