Mərkəzi oyunun hakimləri açıqlandı
29.11.2012 - 09:24
Mərkəzi oyunun hakimləri açıqlandı
Qadın voleybolçular arasında Super Liqanın VI turunu idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 30-da Voleybol Mərkəzində keçiriləcək turun mərkəzi – “Lokomotiv” – “Azərreyl” matçı beynəlxlaq dərəcəli ədalət təmsilçilərinə tapşırılıb.

Azərbaycan çempionunun oyununu isə respublika dərəcəli hakimlər idarə edəcəklər.


I DÖVRƏ
VI tur

30 noyabr

15:00. RABİTƏ – LOKOMOTİV BİLƏCƏRİ
Hakimlər:
Murad Abdurəhmanzadə, Səbuhi Əliyev
Xətt hakimləri: Samir Nəbiyev, Fuad Hacıyev, Emil Abdullayev, Emil Əmirxanlı

17:00. LOKOMOTİV – AZƏRREYL
Hakimlər:
Eldar Zülfüqarov, Konstantin Selin
Xətt hakimləri: İftixar Abdullayev, Rüstəm Cəfərov, Fuad Ağayev, Zaur Hacıyev

19:00. BAKI-AZƏRYOL – İQTİSADÇI
Hakimlər:
Vüqar Cəfərov, Ceyhun İsmayılov
Xətt hakimləri: Cəlil Cəlilov, Təranə Bəylərova, Ruhid Xəlilov, Fuad Əliyev