London Olimpiadasının finalçısı da Bakını seçdi
29.11.2012 - 17:59
London Olimpiadasının finalçısı da Bakını seçdi
“Lokomotiv” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, polşalı libero Maqdalena Saadla yollarını ayıran “dəmiryolçular” ABŞ millisinin voleybolçusu Tamari Miyaşiro ilə anlaşıblar.

25 yaşlı oyunçu məhz Polşadan transfer olunub. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

2011-ci ilin ikinci yarısında “Belsko-Byala”da çıxış edən 170 sm boya malik Miyaşiro daha öncə Avstriyanın “Post” (2010-2011), Amerikanın “Vaşinqton Universiteti” (2006-2009) və “Etats Unis” (2009-2010) klublarının şərəfini qoruyub. Avstriya çempionu olan libero millisinin heyətində dünya Qran-Prisinin 2 qat qalibi (2011, 2012), London-2012, dünya çempionatı və “Volley Masters”in (hər ikisi 2010) finalçısı, Panamerika oyunlarının 2 dəfə bürünc medalçısı (2010, 2011) adına yiyələnib.

Qeyd edək ki, 2010-cu ildən ABŞ millisinə çağırılan Miyaşiro bu formanı 31 dəfə geyinib.