Bu dəfə 18-ə də xal düşmədi
30.11.2012 - 09:39
Bu dəfə 18-ə də xal düşmədi
Qadın voleybolçular arasında Koreya çempionatında II dövrənin II turunun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin oyunçusu Yana Ağayevanın şərəfini qoruduğu “Hyundai” GS-nın qonağı olub.

Matç 3:0 (25:23, 25:16, 25:13) hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Ağayeva görüşdə 18 xal toplayıb.

Qeyd edək ki, “Hyundai” bundan öncə KGC-yə eyni hesabla qalib gəlmişdi.