Latviyada uğursuzluq
30.11.2012 - 13:18
Latviyada uğursuzluq
Azərbaycan Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) təşkilatçılığı ilə keçirilən növbəti yarışda çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, yarış Feliks Məmmədov və Alla Həsənovanın başçılıq etdiyi 1996-1997-ci il qızlardan ibarət millimiz üçün uğursuz alınıb.

Belə ki, Ukrayna, Belarus, Estoniya, Rusiya, Polşa və Latviya yığmalarına qarşı oynayan voleybolçularımız keçirdiyi 6 görüşün hamısını məğlubiyyətlə başa vurublar.

Azərbaycan – Belarus - 0:3 (20:25, 13:25, 12:25)
Latviya - Azərbaycan – 3:2 (20:25:18, 17:25, 25:18, 15:13)
Polşa - Azərbaycan – 3:0 (25:19, 25:23, 25:19)
Azərbaycan – Ukrayna – 1:3 (25:15, 17:25, 17:25, 17:25)
Rusiya - Azərbaycan – 3:0 (25:10, 25:7, 25:20)
Estoniya - Azərbaycan – 3:1 (25:17, 25:19, 14:25, 25:22)

Belarus

6

6

0

18-2

486-331

17

Rusiya

6

5

1

15-3

437-281

15

Polşa

6

4

2

14-6

471-381

13

Estoniya

6

3

3

9-11

384-457

9

Ukrayna

6

2

4

7-13

376-445

6

Latviya

6

1

5

3-17

333-474

2

Azərbaycan

6

0

6

4-18

398-506

1


Qeyd edək ki, Latviya Kuldiqa şəhərində baş tutan birincilikdə hər yığmadan bir oyunçunu fərqləndiriblər. Burada isə təmsilçimiz heyətində Nikalina Başnakova seçilib.