Nəhs gündə mötəbər tədbir
30.11.2012 - 15:29
Nəhs gündə mötəbər tədbir
Qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasiminin vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsini adlayacaq 12 klub rəqibini dekabrın 13-də tanıyacaq.

Mərasim Lüksemburqda Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Reqlamentə əsasən eyni qrupda yer alan komandalar pley-offun ilk mərhələsində üz-üzə gələ bilməzlər. Bundan əlavə, eyni ölkədən 3 komandanın “Dördlər finalı”na vəsiqə qazanması mümkün olmayacaq.

Qeyd edək ki, Azərbaycan yarışda “Rabitə”, “Lokomotiv” və “Azərreyl”lə təmsil olunur. Onlardan birincisi artıq IV turda pley-offa yüksəlməsini rəsmiləşdirdiyi halda, “Lokomotiv”in də turnir turnir cədvəlində vəziyyəti ürəkaçandır. Lakin “Azərreyl” də onlara qoşulmaq üçün son 2 matçda lazımı nəticəni qazanmalıdır.