Bakı klubları ilə oyun öncəsi məğlubiyyətlər
03.12.2012 - 11:26
Bakı klubları ilə oyun öncəsi məğlubiyyətlər
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova “Omiçka”nın heyətində Rusiya Superliqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, CEV kubokunun 1/4 finalında “Bakı-Azəryol”un da rəqibi olan Omsk təmsilçisi “Zariçye-Odintsovo” ilə qarşılaşıb.

Görüş “Omiçka” üçün uğursuz alınıb və onlar 1:3 (25:22, 23:25, 13:25, 18:25) hesabı ilə uduzub.

Çempionlar Liqasında “Lokomotiv”i qəbul edəcək Moskva “Dinamo”su da Bakı təmsilçisi ilə oyun öncəsi məğlubiyyətə üzülüb. Onlar evdə Kazan “Dinamo”su ilə bacarmayıblar - 1:3 (22:25, 27:25, 17:25, 20:25).

Nəticədə VIII turdan sonra paytaxt klubu 18 xalla 2-ci yerə düşüb. “Omiçka” isə rəqiblərinin də uduzması səbəbindən 6-cı pillədə qalıb (13 xal).