Yığmamız Qətərdə qalib oldu
03.12.2012 - 13:02
Azərbaycan millisi Qətərin paytaxtı Dohada Dünya Otüstü Hokkey Liqasının ilk mərhələsini uğurla başa vurub. Apasport.az saytının məlumatına görə, kişilərdən ibarət yığmamız keçirdiyi bütün görüşlərində qələbə qazanaraq, Olimpiadaya lisenziya xarakterli turnirdə növbəti mərhələyə yüksəliblər.
Belə ki, ilk 2 turda ev sahibləri ilə yanaşı (Qətər millisi sonda turnirdən kənarlaşdırılıb və oyunlarının nəticələri ləğv edilib), Türkiyə hokkeyçilərinə qalib gələn komandamız ardınca Oman və Şri Lankanı da məğlub edib. Təmsilçimiz müvafiq olaraq, 3:1 və 4:3 hesab ilə qələbə qazanıb. Nəticədə yalnız 1-ci yerin sahibinin mərhələ adladığı yarışda yeganə vəsiqə Azərbaycan yığmasına qismət olub.
Qeyd edək ki, II mərhələnin mayda keçirilməsi gözlənilir.

Azərbaycan | 3 | 3 | 0 | 0 | 11-4 | 9 |
Şri Lanka | 3 | 1 | 0 | 2 | 10-10 | 3 |
Oman | 3 | 1 | 0 | 2 | 8-10 | 3 |
Türkiyə | 3 | 1 | 0 | 2 | 6-13 | 3 |

0
0