“Rabitə” liderlik, “Azərreyl” və “Lokomotiv” pley-off arzusunda
03.12.2012 - 15:42
“Rabitə” liderlik, “Azərreyl” və “Lokomotiv” pley-off arzusunda
Sabah qadın voleybolçular arasında Çempionlar Liqası qrup mərhələsinin V turunun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə Azərbaycan klublarından heç biri meydana çıxmayacaq. Dekabrın 5-də təmsilçilərimizdən “Rabitə” səfərdə, “Azərreyl” evdə mübarizəyə qoşulacaq.

Azərbaycan çempionları İtaliyada yerli “Villa Kortese” ilə münasibətinə aydınlıq gətirəcək. Artıq pley-offa vəsiqəni təmin edən “Rabitə” son 2 turda qrup liderliyi uğrunda mübarizə aparacaq.

Qarşılaşmaya gəlincə, oyunun kifayət qədər gərgin keçəcəyini əvvəlcədən də söyləmək olar. Çünki evdə uduzmağı sevməyən apenninlilər həm də sabiq baş məşqçiləri, hazırda “Rabitə”ni çalışdıran Marçello Abbondanzanı vətənindən əliboş yola salmaq arzusundadırlar. Amma bir çoxlarına başağrısı olan və Çempionlar Liqasında qızıl medalı hədəfləyən Bakı klubu rəqibin istəyini puç etmək gücündədir. Qalibin tay-brekdə müəyyənləşəcəyi daha inandırıcıdır.

“Rabitə”dən öncə Bakıda “Əczaçıbaşı”nı qəbul edəcək “Azərreyl”i də gərgin mübarizə gözləyir. Çünki növbəti mərhələ üçün Türkiyə klubu ilə görüşdə klubumuza qələbə vacibdir. Bu qələbə isə 3 xallıq olarsa onlar pley-off vəzifəsinin öhdəsindən gəlmiş olacaqlar. Əks halda voleybolçularımız işini çətinləşdirə bilər.

Çünki bir gün öncə keçiriləcək digər cütdə “Dresdner” “quru hesabla” qalib gəlib, evdə “Azərreyl”ə çətin anlar yaşada bilər. Yaxud əksinə, “Tauron” 3 xala yiyələnib, Türkiyədə pley-off üçün bütün gücünü ortaya qoya bilər. Təmsilçimiz artıq növbəti mərhələyə yüksələn “Əczaçıbaşı”nı tay-brekdə məğlub etsə, digər cütdə də 3:2 hesabının qeydə alınarsa onlar 12 klub sırasına vəsiqə qazanacaq.

Dekabrın 6-da Moskva “Dinamo”sunun qonağı olacaq “Lokomotiv” isə xal qazanmasa belə ümidlərini dəfn etməyəcək. Çünki komandamız son turda Bakıda autsayder “Srvena Zvezda” ilə oynayacaq. Lakin “dəmiryolçular” məsələni bu turda da həll edə bilər. Bunun üçün onlara rusiyalılarla görüşdə 1 xal da kifayət edəcək.

Çempionlar Liqası
V tur


B qrupu
5 dekabr

22:30. “Villa Kortese” (İtaliya) - “Rabitə” (Azərbaycan)
Hakimlər: Əziz Yener (Türkiyə), Susana Rodriguez (İspaniya)
Kastellantsa, Palaborsani

Rabitə

4

4

0

12-2

349-288

12

Villa Kortese

4

3

1

10-5

352-326

9

Atom

4

1

3

5-9

312-331

3

Agel

4

0

4

1-12

255-323

0



D qrupu
5 dekabr

18:00. “Azərreyl” (Azərbaycan) – “Əczaçıbaşı” (Türkiyə)
Hakimlər: Borislav Pobornikov (Bolqarıstan), Karin Zaharçova (Çexiya)
Bakı, Voleybol Mərkəzi

Əczaçıbaşı

4

4

0

12-3

357-300

11

Azərreyl

4

2

2

8-8

348-322

7

Tauron

4

1

3

7-11

368-394

3

Dresdner

4

1

3

6-11

335-392

3



F qrupu
6 dekabr

20:00. “Dinamo” (Rusiya, Moskva) - “Lokomotiv” (Azərbaycan)
Hakimlər: Vittorio Sampaolo (İtaliya), Kari Partiaynen (Finlandiya)
Moskva, “Drujba” İdman sarayı

Lokomotiv

4

4

0

12-5

381-319

10

Dinamo

4

3

1

9-7

357-326

8

Bank Fakro

4

1

3

8-9

351-345

5

Srvena Zvezda

4

0

4

4-12

286-385

1