Qisas arzusu ilə Omska doğru
03.12.2012 - 16:33
Qisas arzusu ilə Omska doğru
Sabah qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinin ilk oyunları başlayacaq. Apasport.az saytının məlumatına görə, yarışda qalan yeganə təmsilçimiz “Bakı-Azəryol” Omskda “Omiçka”nın qonağı olacaq.

Dekabrın 5-ə təsadüf edəcək matçda komandamızın işi heç də asan olmayacaq. Çünki “Bakı-Azəryol”dan öncə “İqtisadçı”nı mübarizədən kənarlaşdıran Natalya Məmmədovanın klubu Aleksandr Çervyakovun yetirmələrinə də çətin anlar yaşatmaq gücündədir. Onların heyətinin əsasını təcrübəli oyunçular təşkil etməsi belə deməyə əsas verir. Amma təmsilçimiz uduzsa belə Bakıda qisas alıb, “Qızıl set”ə ümid bəsləyərək, “İqtisadçı”nın qisasını ala bilər.

CEV kuboku
6 dekabr
1/4 final mərhələsi, ilk oyun


16:00. “Omiçka” (Rusiya) – “Bakı-Azəryol” (Azərbaycan)
Hakimlər: Juhani Kaynulaynen (Finlandiya), Saadettin Deneri (Türkiyə)
Omsk, V. Blinov adına İdman-Konsert Kompleksi

Qeyd edək ki, “İqtisadçı” 1/8 finalda “Omiçka”ya Bakıda qalib gəlsə də, səfərdə əsas vaxtda və “Qızıl set”də məğlub olmuşdu.