Bakı təmsilçisi Rusiya klubunun planlarını dəyişdirdi
04.12.2012 - 10:00
Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka”nın Rusiya Superliqasında “Ufimoçka” ilə oyununun vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, buna səbəb Omsk təmsilçisinin CEV kubokunun 1/4 final mərhələsində “Bakı-Azəryol”la qarşılaşmasının olmasıdır.
Belə ki, “Omiçka” dekabrın 6-da Bakı təmsilçisini qəbul edəcək və 6 gün sonra Azərbaycanda oynayacaq. Ardından dekabrın 16-da “Ufimoçka” ilə mübarizə aparmalı olan Məmmədovanın komandası sıxlığını əsas gətirərək, görüşün tarixinin dəyişməsini istəyib. Nəticədə təşkilatçılar onların matçını 2 gün sonraya – dekabrın 18-nə təyin ediblər.
Qeyd edək ki, “Omiçka” 8 turdan sonra 13 xalla 6-cıdır.

0
0