Bələdiyyə komandasına rəqib olub, Bakıya gəlir
04.12.2012 - 10:50
Bələdiyyə komandasına rəqib olub, Bakıya gəlir
“Azərreyl”in rəqibi “Əczaçıbaşı”nın Teledünya Türkiyə kubokunun 1/8 final mərhələsində üzləşəcəyi komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi püşkün nəticəsinə əsasən “Ereğli Bələdiyyə” ilə qüvvəsini sınayacaq.

Hazırda Türkiyə çempionatında və Çempionlar Liqasında D qrupunun lideri olan “Əczaçıbaşı” ilk görüşünü səfərdə, cavab matçını evdə keçirəcək.

Qeyd edək ki, evdə “Azərreyl”ə qalib gələn komanda dekabrın 5-də Bakıda ikinci oyununa çıxacaq.