Alessandro Çiappini: Hər şey öz əlimizdədir
04.12.2012 - 15:15
Alessandro Çiappini: Hər şey öz əlimizdədir
“Püşkatmadan dərhal sonra mən demişdim ki, bizim qrup heç kim üçün asan olmayacaq. Buradakı hər bir komanda hamını təəccübləndirə bilər”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in baş məşqçisi Alessandro Çiappini deyib.

İtaliyalı mütəxəssis Çempionlar Liqasında sabah Bakıda keçiriləcək “Əczaçıbaşı” ilə oyun barədə fikirlərini açıqlayıb. Qrupda qalmaq təhlükəsi olan “dəmiryolçular”ın baş məşqçisi Türkiyə təmsilçisi ilə görüşdə qələbənin vacibliyini bildirib: “İndiki vəziyyətdə hər şey öz əlimizdədir. Pley-offa çıxmaq üçün sadəcə “Əczaçıbaşı”nı məğlub etməliyik”.

Qeyd edək ki, “Azərreyl” “Əczaçıbaşı”na Türkiyədə baş tutan matçda 0:3 hesabı ilə uduzmuşdu.