“Bakı klubu ilə oyuna bütün ürəyimizi qoymalıyıq”
04.12.2012 - 15:21
“Bakı klubu ilə oyuna bütün ürəyimizi qoymalıyıq”
“Bakı klubu ilə oyuna bütün ürəyimizi qoymalıyıq. Meydanda çox aqressiv olub, xüsusilə müdafiədə yaxşı intizamlı çıxış etməliyik”. Apasport.az saytının məlumatına görə, bunu Moskva “Dinamo”sunun voleybolçusu Natalya Obmoçayeva (Qonçarova) deyib.

Rusiya millisinin də şərəfini qoruyan ulduz oyunçu Çempionlar Liqasında Bakı “Lokomotiv”i ilə oyun öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, evdə oynayacaqları qarşılaşmada ilk matçdakı məğlubiyyətin qisasını almağı planlaşdırırlar: “Biz xüsusi olaraq, bu oyuna köklənməliyik. Bakıda etdiyimiz səhvləri unutmalıyıq. Əgər öz gücümüzü göstərsək, qalib gələ bilərik”.

Qeyd edək ki, “Dinamo” – “Lokomotiv” oyunu dekabrın 6-da olacaq.