“Onları növbəti dəfə məyus etmək üçün yaxşı şansımız var” - FOTO
04.12.2012 - 15:38
“Onları növbəti dəfə məyus etmək üçün yaxşı şansımız var” - FOTO
“Biz ev oyundakı qələbəni unutmalıyıq. Əminəm ki, “Dinamo” revanş götürmək üçün çox motivasiyalıdır”. Apasport.az saytının məlumatına görə, bunu “Lokomotiv”in voleybolçusu Korina Suşke deyib.

Almaniyalı blokçu Çempionlar Liqasının V turunda qarşılaşacaqları Moskva “Dinamo”su ilə oyuna münasibət bildirib: “Biz həmişə necə oynamışıqsa elə də çıxış edəcəyik. Fikrimcə, “Dinamo”nu növbəti dəfə məyus etmək üçün yaxşı şansımız var”.

Qeyd edək ki, Bakıda rəqibinə 3:1 hesabı ilə qalib gələn “Lokomotiv” 1 xal qazanacağı halda vaxtından öncə pley-offa vəsiqə qazanacaq.